Ceyhun Bayramovla Sergey Lavrov arasında telefon danışığı – XİN məlumat yaydı
Gündəm / Siyasət
15-01-2021, 17:52
Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov və rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı baş tutub.
Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilib.
Nazirlər 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın icrası ilə bağlı son vəziyyəti, eləcə də 11 yanvar 2021-ci il tarixində Moskvada imzalanmış birgə bəyanatdan irəli gələn məsələlər üzrə fikir mübadiləsi aparıblar.
Tərəflər, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinə daxil olan məsələləri və qarşılıqlı maraq doğuran digər mövzuları müzakirə ediblər.
