Azərbaycanın daha bir neçə şirkətinin Rusiyaya pomidor və alma ixracına razılıq verildi
Gündəm / İqtisadiyyat
22-01-2021, 20:22
Rusiyanın "Rosselxoznadzor” qurumu Azərbaycanın 13 müəssisəsinin Rusiyaya pomidor və alma tədarükünə icazə verib.
TASS agentliyi bu barədə "Rosselxoznadzor”un yaydığı məlumata əsasən xəbər verib.
"Yanvarın 25-dən Azərbaycanın altı alma istehsal müəssisəsinə və yeddi pomidor istehsal edən şirkətinə Rusiyaya mallarını ixrac etməyə icazə verilib”, - deyə qurumun açıqlamasında qeyd olunur.
