Neft yenidən ucuzlaşdı

Gündəm / İqtisadiyyat
26-01-2021, 09:39
 

Neft yenidən ucuzlaşdı

 

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2021-ci ilin aprel müqaviləsinin dəyəri 0,63% azalaraq 1 barelə görə 55,33 dollar təşkil edib.

Xebereksprss.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında martda ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,57% azalaraq 52,47 dollar təşkil edib.