Məktəblərdə 4 şagird, 1 işçi koronavirusa yoluxdu

Gündəm
2-02-2021, 21:28

Məktəblərdə 4 şagird, 1 işçi koronavirusa yoluxdu

 



Ötən sutka ərzində ümumi təhsil müəssisələrində koronavirusa (COVID-19) yoluxma ilə bağlı məlumat yayılıb.

Xeberekspress.az Təhsil Nazirliyinə istinadən xəbər verir ki, 01 fevral 2021-ci il tarixinə olan statistikaya əsasən, hərarəti 37 dərəcədən yuxarı olmuş şagirdlərin sayı 5 nəfər olub, eyni hərarət göstəricisi işçi heyət arasında qeydə alınıb.

 
Eyni zamanda, virusa yoluxmuş şagirdlərin sayı 4, işçi heyətin sayı isə 1 nəfər olub.
Məktəblərdə 4 şagird, 1 işçi koronavirusa yoluxdu