Azərbaycanda sabiq icra başçısı dünyasını dəyişdi

Gündəm
10-02-2021, 11:20
 
 

Azərbaycanda sabiq icra başçısı dünyasını dəyişdi

 

Göygöl rayon (keçmiş Xanlar rayonu) İcra hakimiyyətinin sabiq başçısı Pənah Məmmədov vəfat edib.

Xeberekspress.az xəbər verir ki, bu barədə onun yaxınları məlumat verib.

Mərhumun ürəktutmadan dünyasını dəyişdiyi bildirilir.

Qeyd edək ki, Pənah Məmmədov 1992-1993-cü illərdə Göygöl rayonu İcra hakimiyyətinin başçısı olub.