Hulusi Akar toplantı keçirdi, Ağdamdakı birgə mərkəzdən zabit də qatıldı - FOTO
Gündəm / Dünya
15-02-2021, 17:07
Türkiyənin Milli Müdafiə Nazirliyi Hulusi Akarın rəhbərliyi ilə videokonfrans formatında toplantı keçirib.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi "Twitter" səhifəsində məlumat verilib. Toplantıda yüksək çinli zabitlər, hərbçilər iştirak edib.
Həmçinin Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzindən zabit də toplantıya qatılıb.
