Prezident İlham Zəkiyevi ordenlə təltif edib
Gündəm / İdman
15-02-2021, 22:00
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.
Xeberekspress.az xəbər verir ki, təltif edilənlər arasında paralimpiyaçı İlham Zəkiyev də var. O, 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Qeyd edək ki, ikiqat paralimpiya çempionu İlham Zəkiyev Milli Paralimpiya Komitəsinin vitse-prezidentidir.
