Azərbaycanın İstanbulda Ticarət Nümayəndəliyi yaradılacaq - FOTO

Gündəm / İqtisadiyyat
18-02-2021, 20:04
 
 

Azərbaycanın İstanbulda Ticarət Nümayəndəliyi yaradılacaq - FOTO

 

"Azərbaycanın Türkiyənin İstanbul şəhərindəki Baş Konsulluğunda yaxın gələcəkdə  Ticarət Nümayəndəliyi yaradılacaq”.

 

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Facebook” sosial şəbəkəsindəki hesabında bildirib.

"Bu, Azərbaycanın qardaş Türkiyə ilə iqtisadi-ticarət əlaqələrinin daha da genişlənməsinə töhfə verəcək”, - deyə o, qeyd edib.