Prezidentin xüsusi nümayəndələri ilə bağlı dəyişiklik təsdiqləndi
Gündəm / Siyasət
22-02-2021, 14:09
Azərbaycan Prezidenti İlham Əliyev "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.
Xeberekspress.az xəbər verir ki, "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa aşağıdakı maddələr əlavə edilib:
- Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələrinin vəzifələri;
- Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələrinin müavinlərinin vəzifələri;
- Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərində mütəxəssislərin vəzifələri.
