Prezident “Ana harayı” abidəsini ziyarət etdi

Gündəm / Siyasət
26-02-2021, 10:22
 

Prezident “Ana harayı” abidəsini ziyarət etdi

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xocalı soyqırımının 29-cu ildönümü münasibətilə Bakıda faciə qurbanlarının xatirəsinə ucaldılmış "Ana harayı” abidəsini ziyarət edib.

Xeberekspress.az xəbər verir ki, Prezident İlham Əliyev abidənin önünə əklil qoyub, soyqırım qurbanlarının xatirəsinə ehtiramını bildirib.