Vilayət Eyvazov daha bir polis zabitini Qubadan Suraxanıya gətirdi

Gündəm / Siyasət
2-03-2021, 09:57
 

Vilayət Eyvazov daha bir polis zabitini Qubadan Suraxanıya gətirdi

 

Daxili İşlər orqanlarında kadr dəyişikliyi olub.

Xeberekspress.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis polkovnik-leytenantı Zaur Qədirov Quba rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini vəzifəsindən azad olunub.

Nazirin digər əmri ilə, o, Suraxanı RPİ-nin ictimai təhlükəsizlik şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, bu təyinatadək həmin şöbənin rəisi Vüqar Abbasov idi.