Milli Qurtuluş Partiyası YAP-a birləşir

Gündəm / Siyasət
4-03-2021, 17:14
 
 

Milli Qurtuluş Partiyası YAP-a birləşir

 

Milli Qurtuluş Partiyası (MQP) hakim Yeni Azərbaycan Partiyasının tərkibinə qatılır.

Xeberekspress.Az-ın məlumatına görə, bu barədə MQP-nin beşinci qurultayında qərar verilib.

 

Qurultayda partiya başqanı Vüqar Oruc partiyanın fəaliyyətinə xitam verilməsi və kollektiv şəkildə YAP-a qoşulması təşəbbüsü ilə çıxış edib.

Məsələ səsə qoyulub və yekdilliklə qəbul olunub.