Yeni Azərbaycan Partiyası xoşbəxt gələcəyimiz uğrunda mübarizənin ön sırasındadır

Gündəm / Siyasət
11-03-2021, 17:56
 Yeni Azərbaycan Partiyası xoşbəxt gələcəyimiz uğrunda mübarizənin ön sırasındadır
 
Yeni Azərbaycan Partiyası xoşbəxt gələcəyimiz uğrunda mübarizənin ön sırasındadır
 
Bu gün fəxarətlə qeyd etməliyik ki, Yeni Azərbaycan Partiyası özünün parlaq inkişaf dövrünü yaşayır və davam edir. Ali Baş Komandamızın apardığı xarici və daxili siyasətindəki uğurları cənab prezidentimizin Yeni Azərbaycan Partiyasının sədri kimi biz YAP üzvlərinin monolit birliyinin təzahürüdür deməyə bizlərə haqq verir. Azərbaycan respublikasının bu günki uğurlu inkişafının əsasında səmərəli və innovativ dövlət idarəçiliyi durur.Ölkəmiz cənab Prezidentimiz İlham Əliyevin uğurlu siyasəti ilə iqtisadi və sosial bohrandan çıxmış, stabil inkişaf prosesinə qoşulmuşdur. Son 17 il ərzində isə prezident İlham Əliyevin dövlət idarəçiliyində tətbiq etdiyi müasir elmə əsaslanan idarəçilik texnologiyaları inkişaf prosesini yeni səviyyədə qaldırmış və surətləndirmişdir.


Bu prosesin əsasını Ümummilli lider Heydər Əliyev qoymuş və olduqca mürəkkəb bir şəraitdə müstəqilliyini yenicə bərpa etmiş ölkəni xaos vəvətəndaş müharibəsindən xilas  edərək,müasir inkişaf yoluna çıxartmışdır. Sonrakı inkişaf dövründə ölkədə birinci vitze-prezident institutunun formalaşması ,bu vəzifədə Mehriban xanım Əliyevanın milli və beynəlxalq səviyyədə parlaq fəaliyyəti, sosial və humanitar uğurlara yol açmışdır.Bu uğurların nəticəsi olmuş ki,YAP-nın VII qurultayında Mehriban xanım Əliyeva bir səslə YAP-nın sədrinin birinci müavini seçilmişdir.Məndə bir ölkə vətəndaşı kimi,bir YAP-ın üzvü kimi, bir müəllimə kimi və nəhayət bir qadın-ana olaraq qurur duyuram ki,belə bir ölkənin vətəndaşıyam və bu dövrlərin canlı şahidiyəm.Birdə mənim üçün sevindirici  və  qürur verici odur ki, bütün bu proseslərin ilk başlanğıcından mərhum qayınatam olan Şirvan Əbilovun zəhməti olmuş ,bu günki,dövlətçiliyin qurulmasında əvəzedilməz xidmətləri olmuş və dahi şəxsiyyət Heydər Əliyevin silahdaşı olaraq cənub bölgəsində ilk olaraq Yeni Azərbaycan Partiyasının özəyi bizim ailədə qoyulmuşdur.


 19 noyabr 1992-ci il tarixdə Şirvan Əbilov Yeni Azərbaycan Partiyasının təsis komissiyasında iştirak etmək üçün təyyarə iləBakıdan Naxçıvana yola düşən 40 nəfərdən biri olmuşdur.Cənub bölgəsindən yeganə nümayəndə. Artıq o,dövrdən 29 il keçmiş,ideya və strategiya isə uğurla davam edir. O, ağrılı-acılı günlər arxada qalmış, bu günün xoş anlarını gördükcə fərəh hissini yaşamağa dəyər düşünürəm.


   Heydər Əliyevin parlaq işığı bütün Azərbaycanımızı artıq nura boyamışdır.Respublikamızın bütün bölgələri bu işıqdan bəhrələnərək öz inkişaf yolunu uğurla davam edir. YAP-sı geniş vüsət almışdır.Xalq öz xilaskarı YAP- nın sədri hörmətli prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşmişdir.

Yaşasın Azərbaycan  xalqı!
Yaşasın Ali Baş Komandamız !
Yaşasın Yeni Azərbaycan Partiyası !
 
Əbilova Səbirə Abutalıb qızı
Masallı şəhər 1 saylı tam orta məktəbin müəllimi