Komissiya əfv sərəncamının imzalanması üzrə işini yekunlaşdırıb, 1000-dən çox müraciətə baxılıb

Gündəm / Siyasət
17-03-2021, 14:08
 
 

Komissiya əfv sərəncamının imzalanması üzrə işini yekunlaşdırıb, 1000-dən çox müraciətə baxılıb

 

Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının sonuncu iclası keçirilib.

"Report"un məlumatına görə, bununla da Komissiya növbəti əfv sərəncamının imzalanması üzrə işini yekunlaşdırıb.

Ümumilikdə 1000-dən çox müraciətə baxılıb.

Komissiya baxılan müraciətləri sonuncu iclasdan sonra sənədləri ümumiləşdirərək Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edəcək.