İşğaldan azad olunmuş torpaqlarımızda quruculuq işləri

Gündəm / Siyasət
29-03-2021, 09:00
 
 

İşğaldan azad olunmuş torpaqlarımızda quruculuq işləri

 

Otuz ilə yaxın işğaldan sonra nəhayət Qalib Azərbaycan Qrdusu tərəfindən azad edilmiş torpaqlarımızda artıq quruculuq işləri başlamışdır.Buna misal olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin martın 15-də Füzuli və Xocavənd rayonlarında olmasıdır. Həmin gün Füzuli –Hadrut yolunun təməli qoyulmuşdur.

Cənab Prezidentin dediyinə və gördüyü işlərə nəzər salsaq görərik ki, müharibənin dörd ay bundan qabaq qurtarmasına baxmayaraq işğaldan azad olunmuş ərazilərdə tez bir zamanda çox işlər görülmüş və görülməkdə davam etdirilir. Bu görülən işlərə cənab Prezidentimiz özü şəxsən nəzarən edir.

İşğaldan azad olunmuş torpaqlarımıza baxarkən görürük ki, mənfur düşmən bizim əzəli torpaqlarımızda bizə məxsus bütün yaşayış məntəqələrimizi yerlə-yeksan etmişdir, bizim tarixi irsimizi silmək istəmişdir. Amma buna nail ola bilmədi. Biz öz doğma torpaqlarımıza qayıtmışıq. Qəhrəman xalq kimi, müzəffər dövlət kimi qayıtmışıq. Düşməni öz doğma torpaqlarımızdan iti qovan kimi qovmuşuq. İndi bizim əsas istiqamətimiz isə işğaldan azad olunmuş torpaqlarda quruculuq işlərinə başlamaqdır.

Ərazilərdə mənfur düşmən daşı- daş üstə qoymayıblar, bütün evlərimizi dağıdıblar, evlərin daşından tutmuş damına qədər söküb aparmışlar. Ağaclar kəsilib quyular korlanmış, yollar dağıdılmışdır. Bu gördüklərimiz onu bir daha sübut edir ki, düşmən bilidi ki, bu torpaqlar azərbaycanlılara məxsusdur,nə vaxtsa bu torpaq öz yiyələlinə qaytarılacaqdır.

Ali Baş Komandanımızın rəhbərliyi altında ordumuz qəhrəmanlıq tarixini yazdı və azad edilmiş torpaqlarda bu gün böyük quruculuq işləri aparılır, böyük infrastruktur layihələri icra edilir. Bu gün erməniləri müdafiə edən, bu gün onların arxasında dayanan bəzi xarici dairələr gözlərini açıb görsünlər erməni vəhşiliyi nə günə salıb bizim şəhərlərimizi, kəndlərimizi,yollarımızı.

Biz öz torpaqlarımızı azad etmişik.Bizim başqasının torpağında gözümüz yox. Ermənilər isə görün nələr edib? Qeyd etdiyim kimi,bütün binalarımızı və məscidlərimizi dağıdıblar. Məscidlərdə heyvan saxlayıblar. Bizim müqəddəs abidələrimizi təhqir ediblər. Bizim tikdiyimiz evlərdə ermənilər qanunsuz yaşayıblar.Dədə-baba evlərimizi noyabrın 10-dan dekabrın 1-nə qədər yandırıblar, dağıdıblar, meşələri qırıblar. Su elektrik stansiyalarını dağıdıblar.Cənab Prezidentimizin dediyi kimi. "Azərbaycan əsgəri yüksək mənəvi keyfiyyətlərə malik olan əsgərdir və əsgərə, bütün hərbçilərə verilən təlimat yerinə yetirildi. Mən demişdim ki, biz mülki əhali ilə heç vaxt müharibə aparmamışıq və bunu indi hər kəs görür. Mən demişdim ki, Ermənistan rəhbərliyi bizə tarix versin, bizim torpaqlarımızdan nə vaxt çıxır və biz müharibəni dayandırmağa hazırıq, bunu da etdik. Bu gün buraya bu torpaqların sahibləri kimi qayıtmışıq, azad edilmiş bütün torpaqlarda Azərbaycan bayrağı dalğalanır. Bu gün mən Müzəffər Ordumuzun Ali Baş Komandanı kimi Hadrut qəsəbəsində milli bayrağımızı qaldırdım. Bu bayraq burada əbədi dalğalanacaq. Biz azərbaycanlılar bundan sonra öz dədə-baba torpaqlarımızda əbədi yaşayacağıq. Bütün dağılmış şəhərləri, kəndləri yenidən quracağıq, həyat qayıdacaq, insanlar qayıdacaq və biz bütün dünyaya bir daha xalqımızın böyüklüyünü göstərəcəyik. Xocavənd bizimdir, Qarabağ Azərbaycandır”!

İşğaldan azad olunmuş ərazilərdə bütün infrastrukturu bərpa etmək üçün Cənab Prezidentimiz ölkədaxili iş adamlarını və xarici investorları yeni layihələrdə iştirak etmək üçün üçün açıq tenderlər elan etmişdir.

Görülən işlər cənab Prezident İlham Əliyevin şəxsi nəzarətindədir. Dövlətimizin başçısı ardıcıl olaraq həmin bölgələrə səfər edərək görülmüş işlərlə birbaşa tanış olur.


 

Masallı şəhər 1 saylı tam orta məktəbin müəllimi Fəridə Hüseynova