“Space” TV-yə yeni rəhbər təyin olundu – FOTO

Gündəm / Mədəniyyət
5-05-2021, 12:06

“Space” TV-yə yeni rəhbər təyin olundu – FOTO

 

"Space” teleradio şirkətinə yeni rəhbər təyin olunub.

Məlumata görə, bu vəzifəyə Ülviyyə Mikayılova təyinat alıb.

Ülviyyə Mikayilova yeni təyinatı barədə məlumatı "Report”a təsdiq edib.

Qeyd edək ki, Ü.Mikayılova 1959-cu ildə anadan olub.

O, ADA Universitetinin baş müəllimi, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Müasir Təhsil və Tədrisə Yardım İctimai Birliyinin rəhbəridir.