Azərbaycan bu məsələdə Rusiyaya kömək edəcək

Gündəm / Siyasət
11-05-2021, 09:24

Azərbaycan bu məsələdə Rusiyaya kömək edəcək

 



"Qoşulmama Hərəkatında Rusiyanın müşahidəçi statusu mövzusuna da toxunmaq istərdim”.

Bunu Prezident İlham Əliyev mayın 10-da Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.
S
"Mənim fikrimcə, tamamilə təbii olardı ki, Rusiya bu statusu bizim sədrliyimiz dövründə alsın. Biz də öz tərəfimizdən nə mümkündürsə edəcəyik ki, məhz belə olsun”, - İ.Əliyev bildirib.

Rusiya XİN rəhbəri bu məsələdə dəstəyinə görə İlham Əliyevə təşəkkürünü bildirib:

"Sizə, hazırda Qoşulmama Hərəkatında sədrlik edən dövlətin başçısı kimi bizim bu qurumda müşahidəçi statusu almaq barədə sifarişimizi dəstəklədiyinizə görə ayrıca minnətdarlığımı bildirmək istərdim”.