Qoşunlar əməliyyat təyinatı rayonlarına çıxarılır - VİDEO

Gündəm / Siyasət
16-05-2021, 14:13
 

Qoşunlar əməliyyat təyinatı rayonlarına çıxarılır - VİDEO

 



Təlimlərin planına əsasən həyəcan siqnalı ilə qaldırılan qoşunlar, komanda idarəetmə məntəqələri, döyüş və ehtiyat hərbi hissələri əməliyyat təyinatı rayonlarına çıxarılır.

Müdafiə Nazirliyindən verilən məlumata görə, qoşunların yerdəyişməsi tələblərə uyğun olaraq gizli və operativ şəkildə həyata keçirilir. Şəxsi heyətin və hərbi texnikanın bütün hərəkəti komendant xidməti tərəfindən tənzimlənir.