Kral Salmandan İlham Əliyevə təbrik

Gündəm / Siyasət
24-05-2021, 13:59
 

Kral Salmandan İlham Əliyevə təbrik

 

 

İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Azərbaycan Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.

Təbrik mətnində deyilir:

"Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.

 

Zati-aliləri, Qardaşım İlham Heydər oğlu Əliyev.

Milli bayramınız - Respublika Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimizi çatdırırıq. Sizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan

Respublikası hökumətinə və xalqına davamlı inkişaf və rifah arzu edirik.

Zati-alinizə hörmət və ehtiramla,

Qardaşınız

Salman bin Əbdüləziz Al Səud

İki Müqəddəs Ocağın Xadimi,

Səudiyyə Ərəbistanının Kralı”.