Ceyhun Bayramov ATƏT-in iclasında çıxış edəcək

Gündəm / Siyasət
25-05-2021, 08:28

Ceyhun Bayramov ATƏT-in iclasında çıxış edəcək 

Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov Avstriyaya yola düşüb.

 

Bu barədə Xeberekspress.Az-a Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən bildirilib.

Səfər çərçivəsində Ceyhun Bayramovun ATƏT-in Baş katibi ilə görüşü, ATƏT-in Daimi Şurasının xüsusi sessiyasında çıxışı, habelə Avstriyanın yüksək səviyyəli rəsmiləri, aparıcı beyin mərkəzlərinin rəhbərləri, Vyanada fəaliyyət göstərən digər beynəlxalq təşkilatların rəhbərləri ilə görüşünün keçirilməsi nəzərdə tutulur.