Karantin rejiminin müddəti uzadıldı

Gündəm / Siyasət
26-05-2021, 17:50

Karantin rejiminin müddəti uzadıldı

 



Azərbaycanda karantin rejiminin müddəti uzadılıb.

Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2021-ci il 1 avqust saat 06:00-dək uzadılıb.