"Bu layihələrin həyata keçirilməsinə töhfə verəcək" - Mikayıl Cabbarov

Gündəm / İqtisadiyyat
16-06-2021, 15:50

"Bu layihələrin həyata keçirilməsinə töhfə verəcək" - Mikayıl Cabbarov

 


2021-2025-ci illər üçün BMT və Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədinin icrası dayanıqlı sosial-iqtisadi inkişafa, işğaldan azad olunmuş ərazilərimizin bərpasına və milli prioritetlərin reallaşdırılması istiqamətində layihələrin həyata keçirilməsinə töhfə verəcək.

Bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Twitter" hesabında qeyd edib.

O bildirib ki, 2021-2025-ci illər üçün BMT və Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədinin icrası üzrə İstiqamətləndirici Komitənin iclasında BMT-nin Ölkə üzrə İdarə Heyəti ilə əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər.