"Azad edilmiş ərazilərdə 13 307 əmlakın inventarlaşması tamamlanıb" - Nazir

Gündəm / İqtisadiyyat
18-06-2021, 17:32

"Azad edilmiş ərazilərdə 13 307 əmlakın inventarlaşması tamamlanıb" - Nazir

 


İşğaldan azad edilmiş ərazilərdə 10 483 daşınmaz əmlak və 2 824 infrastruktur obyekti olmaqla, 13 307 əmlakın inventarlaşdırma işləri tamamlanıb.

Bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında yazıb.

Nazir qeyd edib ki, 1 525 km avtomobil yolunun, 292 km elektrik təchizatı xəttinin, 45 km qaz təchizatı və 19 km su təchizatı xəttinin, o cümlədən 249 km suvarma şəbəkəsinin inventarlaşdırma işləri başa çatıb.