İranda seçki qutularını daşıyan vertolyot qəzaya düşdü - Ölən və yaralananlar var

Gündəm / Dünya
19-06-2021, 15:18

İranda seçki qutularını daşıyan vertolyot qəzaya düşdü - Ölən və yaralananlar var

 


İranda prezident və bələdiyyə seçkilərindən sonra səyyar səsvermə qutularını daşıyan vertolyot  qəzaya uğrayıb.

Xeberekspress.az "İRNA” agentliyinə istinadən xəbər verir ki, qəza nəticəsində 1 nəfər ölüb, 11 nəfər yaralanıb. Ölən şəxsin hüquq-mühafizə orqanının əməkdaşı olduğu bildirilir.

Hadisə Xuzestan əyalətində baş verib.