"Şuşada qardaşlarımızın sevincinə ortaq olduq" - Ərdoğan

Gündəm / Dünya
25-06-2021, 18:12

"Şuşada qardaşlarımızın sevincinə ortaq olduq" - Ərdoğan

 


Sərhədlərimizin təhlükəsizliyini təmin edərək ölkəmizə qurmaq istədikləri tələni məhv etdik.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Hatayda stadionun açılışı mərasimində bildirib.

Ərdoğan deyib: "Eyni təhrif olunmuş vəziyyəti Liviyadan Qarabağa qədər hər məsələdə yaşadıq. Ötən günlərdə Şuşaya gedərək orada qardaşlarımızın qurtuluş sevincinə ortaq olduq. İndi başqa yerlərdə yeni addımların hazırlıqlarını görürük".