Azərbaycan nefti 76 dollardan satılır
Gündəm / İqtisadiyyat
30-06-2021, 11:30
Azərbaycan neftinin qiyməti bahalaşıb.
"Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0.49 dollar artaraq 76.05 dollar təşkil edib.
Xatırladaq ki, "Azeri Light” neftinin bir barrelinin qiyməti keçən il aprelin 21-də minimuma enərək 15.81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149.66 dollar olub.
