Çavuşoğlu Ceyhun Bayramovu təbrik ETDİ

Gündəm / Siyasət
9-07-2021, 19:56

Çavuşoğlu Ceyhun Bayramovu təbrik ETDİ

 


Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 9 iyul - Diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü münasibətilə azərbaycanlı həmkarı Ceyhun Bayramovu təbrik edib.

 Türkiyə XİN başçısı bununla bağlı "Twitter”də paylaşım edib.

"Dəyərli qardaşım - Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov başda olmaqla, bütün azərbaycanlı diplomat qardaş-bacılarımızın Diplomatlar Gününü təbrik edirəm. Yaşasın Türkiyə-Azərbaycan dostluğu!”, - deyə M. Çavuşoğlu qeyd edib.