Paytaxt ərazisində yerləşən “Bəylərbəyi Meyhanə” restoranında - 22 iyul, Milli Mətbuat Günü münasibəti ilə “Mətbuatın dostu” mükafatlandırma mərasimi keçirilib.
Gündəm / Sosial
26-07-2021, 18:49
Ənənəvi olaraq təşkil olunan tədbir Milli Mətbuatın yaranmasının 146 illiyinə həsr olunub. Tədbirdə əvvəlcə Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirin baş sponsoru Doy Mak məhsulları, sponsorlar Jalə şirəlıri, Bizon energy, təşkilatı dəstəkcilər Bello yuyucu vasitələri, Bəylərbəyi Meyhanə , Azəri Priduction və T Group dizayn idi. Süfrələrin bəzdilməsində Jalə şirələri jurnalistlərə xüsusi olaraq öz keyfiyyətli məhsullarını təqdim etdi. Keyfiyyət nişanı olan Jalə şirələri mediaya dəstək olduğunu tədbirə qatılaraq bir daha təsdiqlədi.
Tədbirdə tanınmış jurnalistlərdən İlhamə Novruzova, İlhamiyyə Rzayeva, Vüqar İmanov,, Lalə Azərtaş, Pərvin Əsgərli, Jalə Həsənli, Nübar Ələkbərova , Afət Rahilqızı, Lalə Qəzənfər , Elton Hacıyev, Qurban Ismayilov və başqaları diplom və hədiyyələrlə təltif olundular.
44 günlük müharibədə fədakarlıq göstərmiş jurnalistllərə tədbirdə xüsusi yer ayrılmışdılar. İlqar Mikayıloğıu(Real Tv), İbrahim Kamiloğlu(Xəzır Tv) İsmayıl Əmirli ( ATV) , Elnur Tofiq (Az Tv) müharibə dövründə şahidi olduğu hadisəlıri tədbir iştirakcıları ilə bölüşdülər.
Jurnalistləri təbrik etmək ücün tədbirə bir nece tanınmış mügənnilər təşrif buyurmuşdu. Əməkdar artist Mətanət İsgəndərli, Ramal İsrafilov, Mədinə Məlik, Ceyhun Hacıyev öz gözəl nəğməlıri ilə qonaqları xoş ovqat bəxş etdi. Tədbirin təşkilatcısı və aparıcısı Sədaqət Rəşidqızı və Zabir Əliyev idi.
Sevindirici xəbərlərdən biri də 44 günlük müharibədə əməyi olan və mükafatlandirilan peşəkar jurnalistlər arasinda bir çox televiziya kanallarimizda redaktor vəzifəsində çalişmiş jurnalist-təşkilatçi həm də bizim XeberEkspress saytinin (vezifesi) Lalə Qəzənfər də yer almişdir. XəbərEkspress saytimiz adindan əməkdaşimiz Lalə Qəzənfəri, saytin rəhbəri Ruhiyyə Ələkbərova başda olmaqla bütün komandamizi və həmin tədbirdə bütün mükafata layiq görülmüş həmkarlarimizi 22 Iyul Milli Mətbuat Günümüz münasibəti ilə ürəkdən təbrik edir, hər birinə şərəfli peşələrində uğurlar arzu edirik.
Fotoqraf Şahinyüksel Sərkərov
Videoqraf Raşan Yusifov




































