Sahibə Qafarova üçtərəfli əməkdaşlığın əsas hədəflərini AÇIQLADI
Gündəm / Siyasət
27-07-2021, 16:07
"Beynəlxalq münasibətlərdə ikili standartlar davam edir. Qərəzli və ədalətsiz mövqelərin mövcudluğu qardaş dövlətlər olaraq, bizi daha sıx əməkdaşlığa sövq edir”.
Bunu Milli Məclisin sədri Sahibə Qafarova türkiyəli və pakistanlı həmkarları ilə keçirilən görüşdə deyib.
O bildirib ki, bu əməkdaşlıq qardaşlıq münasibətlərinin möhkəmlənməsinə töhfə verəcək.
S.Qafarovanın sözlərinə görə, üçtərəfli parlament əməkdaşlığı milli maraqların beynəlxalq platformalarda birdə müdafiəsini təmin edəcək.
