Kamran Əliyev polisi döyən deputatla bağlı Milli Məclisə təqdimat verdi
Gündəm / Sosial
31-07-2021, 11:19
Baş Prokuror Kamran Əliyev deputat Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi üçün Milli Məclisə təqdimat verib.
Xeberekspress.az apa-ya istinadən xəbər verir ki, təqdimat artıq Milli Məclisə daxil olub.
Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, təqdimata parlament onun daxil olduğu vaxtdan 7 gün müddətində baxmalıdır.
