Azərbaycan Türkiyəyə daha 53 texnika göndərir

Gündəm / Sosial
31-07-2021, 20:53

Azərbaycan Türkiyəyə daha 53 texnika göndərir

 



"Azərbaycan Türkiyədə baş verən meşə yanğınlarının söndürülməsi üçün texnikalar göndərib”.

Bunu jurnalistlərə açıqlamasında fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev deyib.

"Bu gün bizim ikinci mərhələyə aid olan 53 texnika Türkiyəyə yola salınır. Onların içərisində 5 xüsusi riskli xilasetmə xidmətinin xüsusi təyinatlı avtomobili və digərləri isə Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın texnikalarıdır. Bunlar iki sutka ərzində yol gedəcəklər və Marmarisə çatıb bizimkilərə qoşulacaqlar" - deyə nazir müavini bildirib.