Prezident SOCAR-a iki yeni vitse-prezident təyin etdi

Gündəm / Siyasət
11-08-2021, 18:28

Prezident SOCAR-a iki yeni vitse-prezident təyin etdi
Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Neft Şirkətinə yeni vitse-prezident təyin edib.

Dövlət başçısının sərəncamı ilə Kənan Təhməz oğlu Nəcəfov Dövlət Neft Şirkətinin vitse-prezidenti təyin edilib. 

***

Prezidentin digər sərəncamı ilə Zaur Aydın oğlu Qurbanov da Dövlət Neft Şirkətinin vitse-prezidenti təyin edilib. 

Xatırladaq ki, ötən ay Prezident İlham Əliyevin sərəncamları ilə 4 vitse-prezident vəzifəsindən azad edilmişdi.