Çavuşoğlu Əlcəzairə gedəcək

Gündəm / Dünya
14-08-2021, 11:42

Çavuşoğlu Əlcəzairə gedəcək

 


Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Əlcəzairə rəsmi səfər edəcək.

Bu barədə Türkiyə XİN-in rəsmi saytında məlumat verilib.

Bildirilib ki, Çavuşoğlu əlcəzairli həmkarı Ramtan Lamaranın dəvətini qəbul edərək avqustun 14-15-də Əlcəzairdə səfərdə olacaq.

İkitərəfli görüşlərdə ölkələr arasındakı əlaqələrin, regional və beynəlxalq məsələlərin müzakirə olunacağı və fikir mübadiləsi aparılacağı vurğulanıb.