"Kəlbəcər-Laçın yolu ən yüksək səviyyədə qurulacaq" - Prezident

Gündəm / İqtisadiyyat
17-08-2021, 07:57

"Kəlbəcər-Laçın yolu ən yüksək səviyyədə qurulacaq" - Prezident

 


"İndi biz Laçın rayonuna gedirik. Kəlbəcər şəhərinə sonra gedəcəyik”.

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Laçın rayonuna səfəri zamanı deyib.

"Laçında bu gün hava limanının təməli qoyulacaq. Kəlbəcər-Laçın yolu da yenidən ən yüksək səviyyədə qurulacaq. Və indicə təməlini qoyduğum hər iki tunel bu yolu daha da rahat edəcək”, - Azərbaycan Prezidenti bildirib.

Dövlət başçısının görüntülərini Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün instaqramdakı hesabında paylaşıb.