İlham Əliyev Kəlbəcər-Laçın yolunun üzərində tikiləcək tunelin təməlini qoydu

Gündəm / Siyasət
17-08-2021, 12:33

İlham Əliyev Kəlbəcər-Laçın yolunun üzərində tikiləcək tunelin təməlini qoydu

 


Avqustun 16-da Prezident İlham Əliyev Kəlbəcər-Laçın avtomobil yolu üzərində tikiləcək 3,4 kilometr uzunluğundakı tunelin təməlini qoyub.

 Prezident İlham Əliyevin sərəncamına əsasən tikilən Kəlbəcər-Laçın avtomobil yolunun uzunluğu 72,8 kilometrdir.

Birinci və ikinci texniki dərəcəyə uyğun tikiləcək yolun hərəkət hissəsinin eni 9-16 metr olacaq. İki və dörd hərəkət zolaqlı olacaq yol üzərində altkeçidlər və körpü inşa olunacaq. Yol üzərində 3 tunelin tikintisi aparılacaq. Tunellərin ümumi uzunluğu 9450 metr olacaq.