Prezidentdən Aslan Aslanovla bağlı sərəncam

Gündəm / Siyasət
18-08-2021, 15:08

Prezidentdən Aslan Aslanovla bağlı sərəncam

 


Azərbaycan Prezidenti İlham Əliyev Aslan Aslanovu təltif edib.

Dövlət başçısının bununla bağlı sərəncamına əsasən, mətbuat sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Aslan Əhməd oğlu Aslanov 1-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Qeyd edək ki, Azərbaycan Dövlət İnformasiya Agentliyinin – AZƏRTAC-ın İdarə Heyətinin sədri olan A.Aslanovun bu gün 70 yaşı tamam olur.