“Üçtərəfli bəyanatın icrası prioritet təşkil edir” Rusiya XİN
Gündəm / Siyasət
19-08-2021, 18:34
Rusiya XİN sözçüsü Mariya Zaxarova mətbuat konfransı keçirib.
O konfrans zamanı Qarabağla bağlı 10 noyabr üçtərəfli bəyanatını prioritet adlandırıb.
"Cənubi Qafqazdakı situasiya Rusiyanın diqqətindədir. Üçtərəfli bəyanatın icrası prioritet təşkil edir. Rusiya Azərbaycan və Ermənistanın münasibətlərinin kompleks şəkildə normallaşmasının tərəfdarıdır”, - sözçü bəyan edib.
