"Ordunun tələbatı Ermənistanın dövlət büdcəsindən dəfələrlə çoxdur" - Erməni spiker
Gündəm / Dünya
26-08-2021, 13:35
Ordunun tələbatı Ermənistan dövlət büdcəsinin illik imkanlarını dəfələrlə üstələyir.
Xeberekspress.az xəbər verir ki, bunu Ermənistan parlamentinin vitse-spikeri Akop Arşakyan deyib.
"Bütün bu alışları həyata keçirmək qeyri-mümkündür. Ordunun tələbatı Ermənistanın dövlət büdcəsinin illik imkanlarını dəfələrlə üstələyir", – deyə parlament nümayəndəsi bildirib.
