Prezident qızıl medal qazanmış idmançılarımızla bağlı paylaşım etdi

Gündəm / Siyasət
28-08-2021, 16:10

Prezident qızıl medal qazanmış idmançılarımızla bağlı paylaşım etdi

 


Prezident İlham Əliyev "Tokio-2020” XVI Yay Paralimpiya Oyunlarında Azərbaycanı təmsil edən və qalib gələn idmançıları təbrik edib. 

Prezidentin Tvitter səhifəsində paylaşdığı təbrikdə deyilir: 

"Tokio-2020” Yay Paralimpiya Oyunlarında komandamızın qazandığı qızıl medalların sayı altıya çatmışdır. Bu münasibətlə növbəti qızıl medallar qazanmış Sevda Vəliyeva, Xanım Hüseynova və Hüseyn Rəhimlini səmimi qəlbdən təbrik edir və komandamıza yeni-yeni nailiyyətlər arzu edirəm!".