ABŞ-ın hərbi helikopteri dənizə düşdü
Gündəm / Dünya
1-09-2021, 09:13
ABŞ-ın hərbi helikopteri Kaliforniya ştatının sahilləri yaxınlığında uçuş zamanı dənizə düşüb.
Bu barədə "Xeberekspress.az” TASS-a istinadən xəbər verir.
Məlumata görə, "Abraham Lincoln” atom aviadaşıyıcısının göyərtəsindən uçuş edən MH-60S helikopteri San-Diyeqo şəhərindən təxminən 110 km aralıqda dənizə düşüb.
Hadisənin səbəbi dəqiqləşdirilmir. Hərbi Dəniz Qüvvələri ABŞ Sahil Mühafizəsi Xidməti ilə birlikdə axtarış-xilasetmə əməliyyatı aparır.
