"Taliban" Əfqanıstanda müharibənin bitdiyini elan etdi
Gündəm / Dünya
6-09-2021, 12:40
"Taliban” hərəkatının nümayəndəsi Zabiulla Mücahid Əfqanıstanda müharibənin bitdiyini bəyan edib
Bu barədə o, brifinqdə deyib.
"Əfqanıstanda müharibə bitdi. İndi ölkəni yenidən qurmaq üçün birlikdə çalışacağıq", - Mücahid vurğulayıb.
O daha əvvəl Əfqanıstanın 34 əyalətindən sonuncusu olan Pəncşirin tamamilə "Taliban”ın nəzarətinə keçdiyini söyləyib. Müqavimət qüvvələri isə bu xəbəri təkzib ediblər.
