Türkiyə daha bir şəhid verdi, 4 yaralı var
Gündəm / Dünya
7-09-2021, 18:08
Suriyada PKK/YPG terror təşkilatının hücumu nəticəsində Türkiyə ordusunun daha bir hərbçisi şəhid olub.
Xeberekspress.az "NTV”yə istinadən xəbər verir ki, hücum nəticəsində 31 yaşlı çavuş Muammer Yiğit şəhid olub, daha 4 əsgər isə xəsarət alıb. Yaralı əsgərlər sərhəd xəttinə aparılaraq Kilis Dövlət Xəstəxanasına yerləşdiriliblər.
Şəhid Muammer Yiğit evli idi, 2 uşağı var.
