"Ticarət ancaq mal alıb-satmaq deyil" - Türkiyə prezidenti

Gündəm / Dünya
18-09-2021, 17:37
"Ticarət ancaq mal alıb-satmaq deyil" - Türkiyə prezidenti
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə İxracatçılar Məclisinin 28-ci Adi Ümumi Qurultayında və İxracat Çempionları mükafatı mərasimində çıxış edib.

Bu barədə "Habertürk" xəbər verir.

Dövlət başçısı hər zaman ixracatçıların yanında olduğunu deyib: "Ticarət ancaq mal alıb-satmaq deyil. İxracatçılarımız ticarətlə birlikdə mədəni əlaqələrimizin ən vacib təmsilçiləridirlər".

R.T.Ərdoğan bildirib ki, 17 ölkəyə olan ixracat həcminin 81,5 milyard dollara çatdırmaq əsas prioritetlərdəndir.