Milli Məclis Müstəqillik Günü ilə bağlı layihəni sabah II oxunuşda müzakirə edəcək

Gündəm / Siyasət
11-10-2021, 17:37

Milli Məclis Müstəqillik Günü ilə bağlı layihəni sabah II oxunuşda müzakirə edəcək

 


"Milli Məclisin payız sessiyasının növbəti plenar iclası sabah – oktyabrın 12-də keçiriləcək”.

Bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında deyib.

İclasda "Müstəqillik Günü haqqında” qanun layihəsi II oxunuşda müzakirə ediləcək.