Prezident Kamran İmanovu təltif etdi

Gündəm / Siyasət
4-11-2021, 13:45

Prezident Kamran İmanovu təltif etdi

 


Azərbaycan Prezidenti İlham Əliyev Kamran İmanovu təltif edib. 

Dövlət başçısının sərəncamına əsasən, Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Kamran Sultan oğlu İmanov 1-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. 

Qeyd edək ki, K.İmanov Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədridir.