Binəli Yıldırım: “Yeni oyunçuların ortaya çıxmasını dərk edirik”

Gündəm / Dünya
4-11-2021, 14:40
 

Binəli Yıldırım: “Yeni oyunçuların ortaya çıxmasını dərk edirik”

 


"BMT Təhlükəsizlik Şurası dəyişilməlidir”. 

Bunu VIII Qlobal Bakı Forumunda Türkiyənin keçmiş Baş naziri Binəli Yıldırım deyib.

O bildirib ki, BMT dünyada olan münaqişələrin həllini tapa bilmir. 

"Bu gün BMT-nin çıxarıldığı qətnamələr də icra edilmir. Bu, BMT-yə olan inamı azaldır. Bu gün dünya İkinci Dünya müharibəsindən sonrakı dünyaya bənzəmir. Biz artıq yeni oyunçuların meydana çıxmasını dərk edirik”, - deyə B.Yıldırım əlavə edib. 

Onun sözlərinə əsasən, güclərin təması ilə ədalətli dünya nizamını formalaşdırmaq olar.