Türkiyə səfirliyi Azərbaycan Prezidentini və xalqını təbrik edib
Gündəm / Siyasət
8-11-2021, 09:12
Türkiyənin Azərbaycandakı səfirliyi 8 Noyabr - Zəfər Günü ilə əlaqədar feysbuk səhifəsində paylaşım edib.
Paylaşımda deyilir:
"Can Azərbaycanın torpaqlarının düşmən işğalından azad olunmasını müjdələyən 8 noyabr-Zəfər Günü münasibətilə Ali Baş Komandan Prezident cənab İlham Əliyevi, qəhrəman Azərbaycan Ordusunu və xalqını təbrik edir, bu qələbəni hərkəsə bəxş edən bütün şəhidlərimizi hörmətlə yad edirik”.
