Deputatların maaşı üçün 5 milyon manatdan çox vəsait ayrıldı

Gündəm / İqtisadiyyat
13-11-2021, 15:25

Deputatların maaşı üçün 5 milyon manatdan çox vəsait ayrıldı

 



Gələn il Milli Məclisin deputatlarının əməkhaqqı üçün ayrılan vəsait məlum olub.

Bu, "Milli Məclisin 2022-ci il üçün xərclər smetası haqqında” qanun layihəsində əksini tapıb.

Qanun layihəsinə əsasən, bu istiqamətə 5 382 624 manat ayrılıb.

Qeyd edək ki, ümumilikdə Milli Məclisin və onun aparatının 2022-ci il üçün xərclər smetası 42 036 822 manat vəsait ayrılıb.