Azərbaycan İrana başsağlığı verdi

Gündəm / Siyasət
15-11-2021, 14:17

Azərbaycan İrana başsağlığı verdi

 


İranda baş verən zəlzələ ilə bağlı Azərbaycanın Xarici İşlər Nazirliyi bu ölkəyə başsağlığı verib.

Nazirliyin tviter səhifəsində paylaşılan məlumatda deyilir:

"İranın cənubunda baş verən güclü zəlzələ xəbərindən çox sarsıldıq. Zəlzələ nəticəsində həlak olanların ailələrinə başsağlığı verir, bütün yaralananların tezliklə sağalmasını diləyirik”.