Milli Məclisin növbəti iclasının vaxtı AÇIQLANDI

Gündəm / Siyasət
18-11-2021, 10:54

Milli Məclisin növbəti iclasının vaxtı AÇIQLANDI

 


Milli Məclisin payız sessiyasının növbəti plenar iclaslarının vaxtı açıqlanıb.

Xeberekspress.az xəbər verir ki, parlamentin növbəti toplantıları noyabrın 23-ü və 24-də keçiriləcək.

İclasda gələn ilin dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri və digər qanunlara dəyişiklik layihələri ikinci oxunuşda müzakirə ediləcək.